Yunanıstanın “Panatinaikos” klubu 26 yaşlı mərkəz oyunçusu Ömər Yurtsevenlə müqavilə imzalamaq istəyir. Lakin Afina komandasının baş məşqçisi Ergin Ataman bu transferin komandaya mənfi təsir edə biləcəyindən ehtiyat edir.

Polşalı mərkəz basketbolçusu Aleksandr Balserovskinin gedişindən sonra məşqçilər korpusu Matias Lessorun yanına bir ucaboy oyunçu gətirmək fikrindədir.

“O mövqeyə adi ortaboylu oyunçu əlavə edə bilmərik. Lakin yeni oyunçunun balansı pozacağından narahatm, çünki komandada artıq müəyyən sistem mövcuddur. Hələlik bu transferin reallaşmasının tərəfdarı deyiləm.

Ömər Yurtseven MBA-dan ayrılır və bizə təklif olunub. Ömər çox yaxşı oyunçudur və onu bəyənirəm. Düşünürəm ki, o, Avropada çox güclü olacaq”, – deyə Ataman bildirib.

Yurtseven ötən yay “Yuta Caz”la iki illik müqavilə imzalasa da, iyunda komandadan azad edilib. Onun ötən mövsüm “Yuta”nın heyətində orta göstəriciləri  4,6 xal və 4,3 ribaund təşkil edib.

Shares: