Dünya Atletika Federasiyasının rəhbəri Sebastyan Koe Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırır. Xatırladaq ki, gələn il Tomas Baxın prezidentlik dönəmi başa çatır və o, yenidən namizəd olmayacağını açıqlayıb.

“Mən həmişə açıq şəkildə, əgər fürsət yaranarsa, onu nəzərdən keçirəcəyəmi bildirmişəm. Mən namizədlik variantını ciddi şəkildə nəzərdən keçirirəm.

İki Olimpiya Oyunlarında iştirak etmək şərəfinə nail olmuşam. Milli Olimpiya Komitəsinə sədrlik, London Olimpiadasının təşkilatına rəhbərlik etmişəm. İndi də bir nömrəli olimpiya idman növünün prezidentiyəm. Bütün bunlar BOK-un rəhbəri olmağa kifayət etməlidir”, – deyə Koe mətbuat konfransında bildirib.

Shares: