Madrid “Real”ının hücumçusu Vinisius Junior bu yay Səudiyyə Ərəbistanından çox sərfəli təklif alıb. Ərəbistan yarımadasında Vinisiusu 2034-cü il dünya çempionatı ərəfəsində ölkənin əsas futbol siması etmək istəyiblər. Məlumatı “The Athletic” yayıb.

Mənbənin sözlərinə görə, Vinisius Madriddə xoşbəxt olduğu üçün Səudiyyə Ərəbistanından gələn təklifi rədd edib. Ancaq bunun ərəb klublarının “Real”dan braziliyalı ulduzu almaq üçün sonuncu cəhdi olmadığı gözlənilir. Onların Vinisiusla danışıqlarda əsas arqumenti sərfəli maliyyə təklifidir.

Xatırladaq ki, ötən mövsüm “Real” İspaniya çempionatını, İspaniya Superkubokunu və Çempionlar Liqasını qazanıb. Vinisius bütün yarışlarda 39 matçda 24 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: