Serb basketbolçularının 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında bürünc medal qazandıqları üçün alacaqları pulun məbləği məlum olub. Serbiya Respublikası hökuməti 2024-cü il Olimpiadasında fəxri kürsüyə yüksələn basketbolçulara pul mükafatı ödəməyə qərar verib.

Bu qərara əsasən, kişi basketbol komandasının hər bir oyunçusu 60 min avro mükafat alacaq. Millinin baş məşqçisi Svetislav Peşiçə də eyni məbləğ ödəniləcək.

Müqayisə üçün bildirək ki, Serbiyanın kişilərdən ibarət su polosu komandasının hər bir oyunçusu Fransa paytaxtında qazandıqları qızıl medallara görə 200 min avro alacaqlar. Eyni məbləğ onların məşqçisinə də ödəniləcək.

Shares: