“Qarabağ”ın danışıq apardığı polşalı qapıçı Mateuş Koxalski bu həftə Azərbaycana gələcək. Bu barədə Polşanın “Meszyki.pl” nəşri məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, “Stal” klubuna məxsus olan 24 yaşlı qolkiper Bakını görmək və klubla tanış olmaq üçün Bakıya gəlir. Polşa klubunun “Qarabağ”ın təklifini qəbul etdiyi və bu transfer üçün Ağdam təmsilçisinin 1 milyon avroya yaxın ödəməyə razı olduğu da qeyd olunub. Hər şeyin isə qapıçının verəcəyi qərardan asılı olduğunu vurğulanıb (qol.az).
Qeyd edək ki, Koxalski karyerası ərzində “Legiya”, “Radomiak” klublarında da çıxış edib. “Stal”la 2025-ci il iyununa qədər müqaviləsi olan qolkiper Polşa millisinə də dəvət alır.