Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Lüdororets”lə qarşılaşacaq “Qarabağ” cavab oyununun keçiriləcəyi Bolqarıstana yola düşüb.

Futbolinfo.az xəbər verir ki, klubun prezidenti Tahir Gözəl bu vacib və çətin səfər matçında komandanı tək qoymayıb.

O, komandanın yanında olmaq, qarşılaşmanı canlı izləmək üçün Razqrada yollanıb. Səfərə komanda ilə birgə çıxan klub prezidenti yolboyu futbolçularla səmimi söhbət edib və onlara inamını ifadə edib.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah keçiriləcək “Lüdoqorets” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Shares: