“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Ludoqorets” cavab oyunu öncəsi bir futbolçusu ilə yollarını ayırıb.
Futbolinfo.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, almaniyalı müdafiəçi Marsel Heyster komandanı tərk edib.
32 yaşlı sol cinah oyunçusunun yeni klubu da artıq məlumdur. Heyster karyerasını Xorvatiyanın “İstra” klubunda davam etdirəcək. Ötən mövsüm “Ludoqorets”in heyətində 14 oyun keçirən müdafiəçi “İstra”ya azad agent kimi qayıdıb. Heyster 2014-2016-cı illərdə “İstra”da çıxış edib.
Qeyd edək ki, bu gün Razqraddakı “Ludoqorets Arena”da keçiriləcək “Ludoqorets” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk görüşdə Bolqarıstan klubu 2:1 hesablı qələbə qazanıb.