“Osiyek”in futbolçusu İvan Çviyanoviç UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Zirə” ilə keçiriləcək cavab oyunu öncəsi iddialı danışıb.

Futbolinfo.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı sol cinah müdafiəçisi Bakıya qələbə üçün yollanacaqlarını bildirib.

“Zirə” və “Dinamo” ilə oyunlarda aslanlar kimi döyüşsək də, sonda qol buraxdıq. Bunun üzərində işləmək lazımdır. Avropa yolu hələ qarşıdadır. Ümid edirəm ki, Konfrans Liqasında yolumuza davam edəcəyik. Bakıya qələbə dalınca gedəcəyik. Hədəfimiz “Zirə” ilə səfər matçında qələbə qazanmaqdır”, – deyə Çviyanoviç söyləyib.

Qeyd edək ki, “Zirə” – “Osiyek” oyunu avqustun 15-də “Liv Bona Dea Arena”da keçiriləcək. Xorvatiyadakı ilk görüşdə 1:1 hesabı qeydə alınıb.

Shares: