“Arsenal” qapıçısı Aaron Ramsdeyli icarəyə vermək təklifini rədd edib.

Futbolinfo.az xəbər verir ki, İngiltərə millisinin üzvünə “Ayaks” müştəri düşüb. Amsterdamlılar əsas heyətdə yerini itirən qolkiper cari mövsümdə heyətində görmək istəyir.

Londonlular Ramsdeyllə vidalaşmağa hazırdır. Amma onlar bunu icarə qaydası ilə deyil, qapıçını birdəfəlik satmaqla reallaşdırmaq niyyətindədir.

26 yaşlı qapıçı daim oynaya biləcəyi komanda axtarır. O, “Ayaks”ın yeni təklif irəli sürəcəyinə ümid edir. Niderland nəhəngi isə hələ yekun qərar verməyib.

Shares: