21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, F qrupu çərçivəsində oktyabrın 12-də təşkil olunacaq görüş Ballimina şəhərində yerləşən “The Showgrounds” stadionunda baş tutacaq.

Matçın başlama saatı hələlik bəlli deyil.

Shares: