Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-offa vəsiqə uğrunda Bolqarıstan çempionu “Ludoqorets”lə mübarizə aparıb. Bu komandaların ilk oyunu bolqarların qələbəsiylə yekunlaşmışdı. Cavab görüşünün əsas vaxtında isə “Qarabağ” 3:2 hesablı qələbəyə sevinib. Bu üzdən əlavə vaxta ehtiyac duyulub. Bu hissədə daha 4 qol vuran Ağdam klubu darmadağınla pley-offa yüksəlib. 

Cütün qalibi olan “Qarabağ” ÇL-in pley-off mərhələsində Xorvatiya çempionu “Dinamo” (Zaqreb) ilə üz-üzə gələcək. Məğlub olan tərəf – “Ludoqorets” isə Avroliqanın pley-off mərhələsində “Petrokub” (Moldova) – TNS (Uels) cütünün qalibi olan moldovanlarla qarşılaşacaq.

Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu

13 avqust

“Ludoqorets” – “Qarabağ” 2:7
Qollar: Kvadvo Dua, 13; 23-pen – Olavio Juninyo, 6. Yassin Benzya, 45+1; 118. Patrik Andrade, 45+5; 112. Toral Bayramov, 93. Redon Cica, 111.
Baş hakim: Simone Sozza (İtaliya)
Razqrad. “Ludoqorets Arena”.

Ludoqorets: 39. Hendrix Bonmann, 17. Son, 24. Oliver Verdon, 4. Diniş Almeyda, 3. Anton Nedyalkov (k), 30. Pedro Naressi, 6. Yakub Pyotrovski, 23. Deroy Duarte, 7. Rik, 12. Rvan Seko, 9. Kvadvo Dua.
Ehtiyat oyunçular: Padt, Hristov, Nedelev, Tissera, Seko, Qropper, Kurtuluş, Vitru, Çoçev, Yordanov, Delev.
Baş məşqçi: Georgi Dermenciyev.
Qarabağ: 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov,  30. Abbas Hüseynov, 2. Mateus Silva, 27. Toral Bayramov, 24. Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Shares: