“Qarabağ” Azərbaycan futbol tarixində daha bir rekorda imza atıb.
Futbolinfo.az saytının məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının bir oyununda 7 qol vuran ilk komandamız olub.
Qurban Qurbanovun yetirmələri 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Ludoqorets” klubunu səfərdə 7:2 hesabı ilə məğlub etdiyi cavab qarşılaşmasında buna nail olub.
Buna qədər qitənin ən nüfuzlu klub turnirinin bir oyununda azərbaycanlı azarkeşlər ən çox 5 qola seviniblər. Belə hal 3 dəfə yaşanıb ki, hər üçündə məhz “Qarabağ” rəqibini darmadağın edib. İki dəfə 5:0, bir dəfə isə 5:1 hesabı qeydə alınıb.
Bununla həm də “Qarabağ” 5 top fərqli qələbə qazanaraq, öz rekordunu təkrarlayıb. Ümumiyyətlə, Çempionlar Liqasında 3-dən böyük fərqlə qələbə qazanan yeganə komandamız “Qarabağ”dır. Çempionun aktivində 7 darmadağın var.
“Qarabağ”ın ÇL-dəki darmadağınları:
13.08.2024. III təsnifat mərhələsi: “Ludoqorets” (Bolqarıstan) – 7:2
11.07.2017. II təsnifat mərhələsi: “Samtrediya” (Gürcüstan) – 5:0
30.07.2024. II təsnifat mərhələsi: “Linkoln” (Cəbəllütariq) – 5:0
12.07.2022. I təsnifat mərhələsi: “Lex” (Polşa) – 5:1
22.07.2014. II təsnifat mərhələsi: “Valletta” (Malta) – 4:0
18.08.2020. I təsnifat mərhələsi: “Sileks” (Makedoniya) – 4:0
19.07.2023. I təsnifat mərhələsi: “Linkoln” (Cəbəllütariq) – 4:0