UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Ludoqorets”lə (Bolqarıstan) səfərdə qarşılaşan “Qarabağ” bu oyunda iki ciddi itki ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, Marko Veşoviç matçın 28-ci dəqiqəsində zədələnib.

Oyunu davam etdirə bilməyən monreneqrolu müdafiəçi Mateus Silva ilə əvəzlənib.

Matçın 36-cı dəqiqəsində isə “Qarabağ”ın digər monteneqrolu futbolçusu Marko Yankoviç zədələnib və oyuna davam edə bilməyib. Yarımmüdafiəçi Patrik Andrade ilə əvəzlənib.

İlk görüşdə rəqibinə 1:2 hesabı ilə uduzan “Qarabağ” səfərdə 7:2 hesabıyla qalib gəlib. Azərbaycan çempionunu pley-offda Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə oyunlar gözləyir. Amma Monteneqrolu legionerlərin həmin görüşlərdə iştirak edib-etməyəcəyi bilinmir.

Shares: