Paris Olimpiadasının bağlanış mərasimində ölkəsinin bayraq daşıyıcısı seçilən italyan üzgüçü, 2016-cı il olimpiya çempionu Qreqorio Paltrinierinin dirsəyi sınıb.
“Həmin axşam bağlanış mərasimində dirsəyimi sındırdım. Düzdür, hadisə bayraqla yürüş zamanı olmadı. Əməliyyat artıq həyata keçirilib. Tezliklə işimə qayıdacağam”, – deyə Paltrinieri sosial şəbəkə hesabında yazıb.
29 yaşlı Paltrinieri Paris Olimpiadasında sərbəst üzgüçülük növü üzrə yarışlarda iki medal qazanıb.