ABŞ-ın kişi basketbol komandasının baş məşqçisi Stiv Kerrin vəzifəsini tezliklə tərk edəcəyi ehtimalı var. Bu barədə “Forbes” jurnalının müxbiri Evan Sideri məlumat yayıb.
Onun məlumatına görə, baş məşqçi vəzifəsinə əsas namizəd Kerrin köməkçisi Erik Spoelstradır.
Stiv Kerr 2021-ci ilin dekabrında ABŞ komandasının baş məşqçisi təyin edilib. Onun rəhbərliyi altında Amerika millisi 2023-cü ildə Dünya Çempionatında dördüncü olub. Parisdə keçirilən Yay Olimpiya oyunlarında isə Kerrin komandası qızıl medal qazanıb.