Niderland qran-prisinə biletlərin satışı ətrafında böyük münaqişə yaranıb. FOM-dan bilet satmaq üçün müstəsna hüquqları alan “Platinium Group” yarışın təşkilatçılarını müqaviləni pozmaqda ittiham edir.

“Platinium Group” Niderlanddan kənarda 35 min bilet satmalı idi. Lakin satış gözlənildiyi kimi yaxşı olmayıb. Mərhələnin başlamasına on gün qalmış 8500 bilet hələ də alınmayıb. “Platinium” 3,8 milyon avro qonorar ödəməkdən imtina edir. Əsasən bilet satışından asılı olan mərhələnin təşkilatçıları şirkətdən müqavilələrə əməl etməyi tələb edir.

“Platinium Group”un hüquqşünası Marniks Leitenin sözlərinə görə, təşkilatçılar şirkətin beynəlxalq bilet satışı ilə bağlı müstəsna hüquqlarına hörmət etmir, onların bir hissəsini “Verstappen Travel” və P1 şirkətlərinə verir. Həmin kompaniyalar da biletləri xarici azarkeşlərə satırlar.

Vəziyyət gərgin olaraq qalır və məhkəmənin qərarı avqustun 22-nə qədər açıqlanacaq.

Shares: