BOK-un yeni prezidenti vəzifəsinə ərizələr sentyabrın 15-dək qəbul ediləcək. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Namizədlərin yekun siyahısı BOK tərəfindən 2024-cü il sentyabrın 16-da açıqlanacaq”, – deyə təşkilat bildirilib.

Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin hazırkı rəhbəri Tomas Bax 2025-ci ildə vəzifəsindən gedəcəyini bildirmişdi.

Shares: