Misli Premyer Liqasının 3-cü turunun “Şamaxı” – “Qarabağ” oyunu təxirə salınıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanı Çempionlar Liqasının pley-off mərhələsində təmsil edəcək ağdamlılar bununla bağlı rəsmi müraciət edib.

“Klub qitənin bir nömrəli klub turnirinin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib. “Qarabağ”ın müraciətini, “Şamaxı”nın razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası 2024/2025 mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 oyunun təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq, 3-cü turun “Şamaxı” – “Qarabağ” matçının təxirə salınması ilə bağlı qərar qəbul edib”, – deyə məlumatda bildirilib.

Təxirə salınmış qarşılaşmanın tarixi hələ bəlli deyil. Klubların əvəzedici heyətlərinin oyunu ilə bağlı isə dəyişiklik yoxdur.

Shares: