“Əl Nəsr” Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal matçında “Əl Tavon”u məğlub edib. Abha şəhərindəki stadionda keçirilən görüş komandanın 2:0 hesablı qələbəsi ilə ilə başa çatıb.

Futboinfo.az xəbər verir ki, matçın 8-ci dəqiqəsində Ayman Yəhya Kriştianu Ronaldonun ötürməsi ilə hesabı açıb. Portuqaliyalı hücumçu 57-ci dəqiqədə isə özü qapı torunu silkələyib.

Beləliklə, “Əl Nəsr” Səudiyyə Ərəbistanı Superkubokunun finalına çıxıb. Komanda həlledici görüşdə “Əl Hilal”la qarşılaşacaq.

Shares: