“Çelsi”nin baş məşqçisi Entso Mareska komandasında həddindən artıq futbolçu olmasına münasibət bildirib. O, klubla müqaviləsi olan 42 nəfəri çalışdırması barədə deyilənləri təkzib edib.
Futbolinfo.az xəbər verir ki, çalışdırıcı 21 oyunçunun sərəncamında olduğunu deyib: “42 nəfərlə işləmirəm. Hazırda çalışmalarda 2 futbolçu iştirak edir. Digər 15-20 nəfər müxtəlif qruplarda ayrıca məşq edir. Onları görmürəm. Kənardan göründüyü kimi qarmaqarışıq bir mühitdə deyilik”.
Mareska həmin oyunçuların taleyinin onun üçün maraqlı olmadığını deyib: “Hətta 20 illik müqavilələri ola bilər. Bu, klubun siyasətidr, mən qarışmıram. Hazırda yanımda olanlarla uğur qazanmaq haqqında düşünürəm”.