“Zirə” bu gün Konfrans Liqasında növbəti oyununu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, tarixində ilk dəfə avrokubokların pley-offuna çıxmış Azərbaycan təmsilçisi Kiprdə yerli “Omoniya” ilə qarşılaşacaq.

Nikosiyadakı “GSP Arena”da baş tutacaq oyuna Bakı vaxtı ilə 21:00-da start götürəcək. Qarşılaşmanı Estoniyadan olan hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək. Bu üzdən də “Zirə” səfərdən sərfəli nəticə ilə qayıtmaqla cütün taleyinə cavab görüşündə aydınlıq gətirməyə çalışacaq.

Avropa Konfrans Liqası
Pley-off mərhələsinin ilk oyunu
15 avqust

21:00. Omoniya – Zirə
Baş hakim: Yuri Frişer (Estoniya).
Nikosiya. “GSP Arena”.

Shares: