Konfrans Liqasının pley-off mərhələsində “Zirə” ilə qarşılaşacaq “Omoniya” oyunöncəsi azarkeşlərinə müraciət edib.
Futbolinfo.az xəbər verir ki, Kipr klubu bununla bağlı sosial şəbəkə vasitəsilə paylaşım edib.
Rəhbərlik qısa müraciətdə matç zamanı azarkeşlərdən iğtişaş törətməmək, klubu çətin duruma salmamaq xahiş olunub. Bildirilib ki, ən kiçik səhv UEFA tərəfindən ağır cəzaya məruz qalmalarına səbəb ola bilər.
Qeyd edək ki, bu gün Nikosiyada keçriləcək “Omoniya” – “Zirə” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.