Yay dövründə uşaq və yeniyetmələrin idmana marağı daha da artır. Məktəbdə tətil dövrü olduğundan, valideynlər fürsətdən istifadə edərək övladlarını idmana yönləndirir.

Yevlaxda bu baxımdan ən populyar idman növü cüdodur. Yevlax Uşaq Gənclər İdman Şahmat Məktəbinin cüdo bölməsində yay tətili dövründə yetərincə azyaşlı tatami həvəskarını görmək mümkündü. Bölmədə 6-8, 9-14 və 15-18 yaş arası 50-ə yaxın cüdoçu bu idman növünün sirrlərini öyrənir.

4d4bd638 cb74 41e2 857c dbcda6259ea0 - Futbolinfo.az

Naib Balaşov (məşqçi): “Yay dövrü olmasına baxmayaraq, cüdoya maraq böyükdür. İdmançıları normal hazırlayırıq ki, valideynlər də övladlarının gözəl bir idman növü ilə məşğul olduğunu, irəli getdiyini görsünlər. Biz bu idmançıları valideynin və uşağın marağı ilə Azərbaycan cüdosuna qazandırırıq. Onların hamısını yay fəslində aşkar edirik. Dərslərdən azad olan zaman uşaqlar idmana meyl edirlər. Hər il bu vaxt biz bir neçə perspektivli uşağı üzə çıxarıb cüdoya gətiririk”.

İdman məktəbində az müddət ərzində cüdo ilə məşğul olmasına baxmayaraq, qatıldığı yarışlarda uğurlu nəticə göstərən idmançılar da var. Onlar ölkədaxili yarışlardan doğma rayonlarına medalla qayıtmağı bacarıblar.

Məhəmməd Əsədov (cüdoçu): “Mənim 6 yaşım var. 6 aydır cüdoyla məşğul oluram. Yarışlarda iştirak edərək 3-cü yerə çıxmışam. Gələcəkdə çempion olacam”.

Cavidan Vəliyev (cüdoçu): “Qısa müddətdir cüdoyla məşğul oluram. Valideynlərim də mənə dəstəkdirlər. Düşünürəm ki, gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəyəm”.

c6d66b3b fc11 4e5f b60f 675ca7b085f4 - Futbolinfo.az

Arzu Nəbiyeva (cüdoçu): “Olimpiya Oyunlarından sonra cüdoya böyük marağım yarandı. Ona görə də valideynlərimdən məni cüdo bölməsinə yazdırmalarını xahiş etdim. Düşünürəmki bu idman növündə naliyyətlərim olacaq”.

Məşqə yeni başlayan idmançıları həvəsləndirmək üçün bu ay bir sıra yarışların keçirilməsi də nəzərdə tutulub.

BƏHRUZ MUSAYEV, YEVLAX

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp