Joao Kanselo Səudiyyə Ərəbistanına gedir. Portuqaliya millisinin üzvü ciddi təklif alıb.

Futbolinfo.az xəbər verir ki, cinah oyunçusunu “Əl Hilal” heyətinə qatmağa çalışır. Artıq “Mançester Siti”yə 38 milyon avroluq rəsmi təklif göndərilib. Şəxsi müqaviləsinin şərtlərini razılaşdıran futbolçunun sabah tibbi müayinədən keçməsi gözlənilir. “Şəhərlilər” 2027-ci ilin yayına kimi müqaviləsi olan Kanselonun transferinə şifahi razılıq verib.

2019-cu ildə “Yuventus”dan 65 milyon avroya transfer edlmiş Joao, son illər əsas heyət üzü görmürdü. Baş məşqçi Xosep Qvardiola ilə ulduzu barışmayan portuqaliyalı “Bayern”ə, ötən mövsüm isə “Barselona”ya icarəyə verilmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp