İsveç yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi son ev oyunlarının biletləri gələn həftə satışa çıxarılacaq.

Futbolinfo.az İsveç Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Slovakiya və Azərbaycan millilərinə qarşı noyabrda Solna şəhərində baş tutacaq qarşılaşmalar üçün biletlərin ilkin satış mərhələsi avqustun 27-də olacaq.

Həmin gün biletləri yalnız “Qızıl üzvlər” əldə edə biləcəklər. Azarkeşlər üçün bilet satışına isə sentyabrın 3-də start veriləcək.

Qeyd edək ki, İsveç yığması noyabrın 16-da Slovakiya, 19-da isə Azərbaycan millisini qəbul edəcək. Hər iki matç “Friends Arena”da təşkil olunacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp