Şüvüllə tullanma üzrə ikiqat olimpiya çempionu, isveçli atlet Armand Düplantis İsveçrənin Lozanna şəhərində keçirilən “Brilyant Liqa” mərhələsinin qalibi olub. O, 6,15 m hündürlüyə tullanmaqa turnirin rekorduna imza atıb.
Qeyd edək ki, yarışda üç idmançı eyni nəticə göstərdiklərinə görə üçüncü yeri tutub.
Lozannada şüvüllə tullanmanın nəticələri belədir:
1. Armand Düplantis (İsveç) – 6,15 m;
2. Sem Kendriks (ABŞ) – 5,92 m;
3. Sondre Quttormsen (Norveç) – 5,82 m;
3. Ernest Con Obiena (Filippin) – 5,82 m;
3. Kertis Marşal (Avstraliya) – 5,82 m.