“Mercedes” komandası Andrea Kimi Antonelli ilə bağlı son qərarı verib. İtaliyalı gənc istedad gələn il Formula 1 komandasının əsas pilotu olacaq.  Bu barədə Hollandiyanın “De Telegraaf” nəşri məlumat yayıb.

Mənbənin yazdığına görə, “Mersedes” komandasının direktoru Toto Volff Maks Ferstappeni gətirmək üçün yenidn cəhd edəcək. Üçqat dünya çempionunun “Red Bull” ilə 2028-ci ilin sonuna qədər qüvvədə olan müqaviləsində vaxtından əvvəl xitam verməyə imkan verən müəyyən maddələr var. Maks bu bəndlərdən istifadə etmək hüququna malikdir.

Xatırladaq ki, yeddiqat dünya çempionu Lyuis Həmiltonun yarış mühəndisi Piter Bonninqtonun komandada baş yarış mühəndisi olacağı açıqlanıb. O, mövsümün sonuna qədər Həmiltonla işləmək vəzifəsini yerinə yetirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp