“Atalanta” Adamelu Lukmanı heyətində saxlamağa çalışır. Bunun üçün hücumçuya daha sərfəli olan yeni müqavilə təklif edilib.

Futbolinfo.az xəbər verir ki, PSJ Lukmanı transfer etmək üçün fəaliyyətə keçib. Amma İtaliya klubu əsas oyunçusunu buraxmaq niyyətində deyil. Hücumçuya 2028-ci ilədək müddəti nəzərdə tutan yeni anlaşma təklif edilib. Oyunçunun illik maaşı 1,8 milyon avrodan 3,5 milyon avroya qaldırılacaq.

Oyunçu düşünmək üçün vaxt istəyib. O, PSJ-də ehtiyatda qalmaqdan ehtiyat edir. “Atalanta”da əsas heyət üzvü olan hücumçunu yalnız parislilərin daha yaxşı maaş təklifi fikrindən daşındıra bilər.

İki il öncə “Leypsiq”dən 9,35 milyon avroya transfer edilən nigeriyalının berqamolularla 2026-cı ilin yayınadək müqaviləsi var. 26 yaşlı oyunçu üçün PSJ 40 mlyon avro xərcləməyə hazırdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp