“Neftçi”də daha bir ayrılıq baş verib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yarımmüdafiəçi Fərid Yusifli komadadan ayrılıb. 22 yaşlı oyunçu bu ilin ilk yarısını icarə əsasında “Turan Tovuz”da keçirib.

Qeyd edək ki, Fərid Yusifli “Neftçi”nin heyətində son 4 mövsümdə ümumilikdə 38 oyun keçirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp