“Allahın köməyi ilə oktyabrda yenidən meydana qayıtmaq istəyirəm”. Bu sözləri futbolinfo.az saytına Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.

Ağdam klubuna qayıdışından sonra bir çempionat matçına çıxan, daha sonra məşq zamanı zədələnən qolkiper hər keçən gün özünü daha yaxşı hiss etdiyini bildirib: “Hər şey yaxşıdır. Hər gün özümü daha yaxşı hiss edirəm. Şükür ki, əməliyyata ehtiyacım olmadı. Allahın köməyi ilə oktyabrda yenidən meydana qayıtmaq istəyirəm”.

Qeyd edək ki, Məhəmmədəliyev yay transfer dövründə Türkiyənin “Adana Dəmirspor” klubundan azad agent kimi ayrılaraq “Qarabağ”a keçib.

GÜNAY SÜLEYMANOVA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp