“Neftçi”nin baş məşqçisi Roman Qriqorçukun oğlu Timerlan Qriqorçuk peşəkar futbolçu həyatına başlayıb.

Futbolinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 16 yaşlı oyunçu atasının yay fasiləsində ayrıldığı “Çernomorets”in əsas komandasına qoşulub.

O, Odessa klubunun Ukrayna Kubokunun 1/16 final mərhələsində “Karpatı”ya 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmanın son dəqiqələrində meydana daxil olmaqla peşəkar karyerasında debüt edib. Timerlan əvvəllər əsas komandanın yoxlama görüşlərində iştirak etmişdi.

Qeyd edək ki, Roman Qriqorçukun “Qəbələ”ni çalışdırdığı 2015-2018-ci illərdə oğlu Timerlan futbola getməyə başlayıb.

Shares: