Azərbaycanda “Qəbələ”nin formasını geyinmiş Bruno Silva növbəti dəfə komandasını dəyişib.

Futbolinfo.az saytı xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ölkəsi Braziliyada karyerasını davam etdirir.

“Aqua Santa” ilə yollarını ayıran müdafiəyəmeyilli oyunçu Paulista Seria A2 təmsilçisi “Sao Bento” ilə anlaşıb. Bu, onun karyerasında 16-cı klub olub.

Maraqlıdır ki, Bruno Silva karyerası ərzində Braziliyadan kənarda yalnız Azərbaycanda çıxış edib. Yarımmüdafiəçi 2010-2012-ci illərdə “Qəbələ”nin formasını geyinib.

Qeyd edək ki, Bruno Silva daha əvvəl “San Paulo”, “Vasko de Qama” və “Quarani” kimi klublarda oynayıb.

Shares: