“Zirə”nin sabiq hücumçusu Nelson Bonilyanın yeni komandası müəyyənləşib.

Futbolinfo.az saytı xəbər verir ki, Salvador millisinin üzvü Asiyadakı çıxışını davam etdirəcək.

Tailand klubu “Sukotai”dən ayrılan 33 yaşlı forvard Malayziyaya köçüb. Futbolçu Superliqa təmsilçisi “Terenqqanu” ilə müqavilə imzalayıb. Onun komandası hazırda ölkə çempionatının 3-cü pilləsində qərarlaşır. “Terenqqanu” Bonilyanın 13-cü komandasıdır.

Qeyd edək ki, Nelson Bonilya əvvəllər Rumıniya, Azərbaycan, Portuqaliya və Türkiyədə də çıxış edib. 2015-2016 mövsümünü “Zirə”də keçirən hücumçu Azərbaycan Premyer Liqasında 14 qol vuraraq, bombardirlər yarışında ikinci yeri tutub.

Hazırda Malayziyada bizə tanış olan başqa bir futbolçu da çıxış edir. Millimizin yarımmüdafiəçisi Eddi İsrafilov ötən mövsüm bitən kimi “Neftçi”dən ayrılmış və iki həftə öncə “Yohor Darul Tazim”ə keçmişdi. Bu komanda hazırda turnir cədvəlinin lideridir.

Shares: