Qazaxıstanın qadın boksçusu Ancelina Lukas Azərbaycandan təklif alıb.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə 27 yaşlı idmançı özü məlumat verib.

Boksçu bildirib ki, Azərbaycan tərəfi hələ də ondan cavab gözləyir: “Azərbaycandan vətəndaşlığımı dəyişməyi təklif etdilər. Hətta bu günə qədər məni Los-Anceles Olimpiadasında görmək istəyirlər. Bəhreyn isə Paris Olimpiadası üçün çox gözəl müqavilə təklif etdi, amma razılaşmadım. Düşündüm ki, məni o ölkələrdə tanımırlar. Amma Qazaxıstanda küçədə də tanıyırlar. Bu səbəbdən burada qalmaq qərarına gəldim”.

Qeyd edək ki, Ancelina Lukas 2018-ci ildə 51 kq çəki dərəcəsində Dünya Kubokunu qazanıb.

Shares: