“Neftçi” rəhbərliyi azarkeşləri susdurmaq üçün müxtəlif yollara əl atır. Komandanın uğursuz nəticələrindən haqlı olaraq narazı qalan fanatlara müxtəlif yollarla təzyiq edilir.

Futbolinfo.az xəbər verir ki, Misli Premyer Liqasının cari mövsümünün ilk turundan sonra bir neçə azarkeş haqda tədbir görülüb. “Turan Tovuz”la oyunda məşəl yandıranlardan bir neçəsi saxlanılıb, sonra isə onların stadionlara bir il müddətində buraxılmaması qərarı verilib.

Rəsmi qərar açıqlanmır, adlar bəlli deyil. Lakin həmin şəxslərin oyunlarda olmamasını təmin etmək üçün “Neftçi” – “Sabah” oyununda bir sıra addımlar atılıb. Belə ki, Zirə stadionunda azarkeşlər tribunalara yoxlanaraq buraxılıb. Həmin şəxslərin şəkilləri əlində olan mühafizəçilər tribunaya girmək istəyənlərin qarşısını alıb.

Paralel olaraq, sosial şəbəkələrdə fəal olan fanatlarla bağlı işlər görülür. Daha səhih məlumat əldə etdikdən sonra bu barədə məlumat verəcəyik.

Shares: