Lion “Olimpik”i əksər futbolçularını satışa çıarıb. Buna səbəb klubun maliyyə feyr-pleyi ilə bağlı problemlə üzləşməsdir.

Futbolinfo.az “L Equipe”ə istinadla xəbər verir ki, Fransa klubu problemdən qaçmaq üçün transferlərdən 100 milyon avro qazanmalıdır. Bunun üçün əsasən klubun öz yetirmələri satılmalıdır.

Maliyyə monitorinqinə cavabdeh olan təşkilat xəbərdarlıq edib ki, qaydalara əməl olunmasa, komandanın xalı silinəcək, yeni transferlər qeydiyyata alınmayacaq və klub beynəlxalq turnirlərdən kənarlaşdırılacaq.

Lionlular ötən mövsüm Fransa çempionatında 6-cı yeri tutub. Cari çempionatın ilk turunda komanda “Renn”ə 0:3 hesabı ilə məğlub olub.

Shares: