“Araz-Naxçıvan”ın futbolçusu Karlos Jatoba İstanbulda axill tendon nahiyəsindən əməliyyat olunub.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə milli komandasının həkimi Berkin Toker tərəfindən aparılan cərrahiyyə əməliyyatı uğurlu alınıb. Futbolçu avqustun 27-də Bakıya dönəcək.
Qeyd edək ki, yeni transferlərdən olan yarımmüdafiəçi mövsümün ilk oyunu olan “Qarabağ”la matçda meydana çıxıb.