Paulo Dibala “Roma”da qalmaq qərarı verib. Səudiyyə Ərəbistanı klubu “Əl Qədsiyə” ilə uzun sürən danışıqlar dünən yekunlaşıb.

Futbolinfo.az xəbər verir ki, argentnalı yarımmüdafiəçi ərəblərin 3 illik müqavilə üçün təklif etdiyi 75 milyon avronu qəbul etməyib. Futbolçu maliyyəyə aldanmayaraq Avropada oynamağın daha yaxşı olduğunu düşünüb.

İndi Dibalanın “Roma” ilə yeni müqavilə imzalaması gözlənilir. 30 yaşlı orta sahə oyunçusunun hazırkı anlaşması gələn yay başa çatır.

Shares: