“Çelsi” zəngin heyətindən daha bir futbolçunu yola salmaq istəyir. Transfer pəncərəs bağlanana kimi Rahim Sterlinqin Londonu tərk etməsi gözlənilir.
Futbolinfo.az xəbər verir ki, hücumçunun Birmingemə köçmək ehtimalı yaranıb. “Aston Villa” qarşıdakı günlərdə onun üçün rəsmi təklif göndərəcək. Bu barədə yazan İngiltərə mətbuatı konkret rəqəmlər göstərməyib.
29 yaşlı oyunçu 2 il öncə “Mançester Siti”dən 56 milyon avroya transfer edilib. Bazar dəyəri yarıbayarı düşən Sterlinqin 2027-ci iln yayınadək müqavləsi var.