Nyu-Yorkda tennis üzrə ABŞ Açıq Çempionatının püşkatma mərasimi keçirilib.

Turnirin əsas hissəsi avqustun 26-da başlayacaq. Sentyabrın 8-də qalib müəyyənləşəcək.

Püşkatmaya əsasən turnirin potensial 1/4 final oyunları belə olmalıdır:

Yannik Sinner (İtaliya, 1) – Daniil Medvedev (Rusiya, 5);

Karlos Alkaras (İspaniya, 3) – Hubert Hurkaç (Polşa, 7);

Kasper Ruud (Norveç, 8) – Aleksandr Zverev (Almaniya, 4);

Novak Cokoviç (Serbiya, 2) – Andrey Rublev (Rusiya, 6).

Xatırladaq ki, turnirin son qalibi Novak Cokoviçdir. Keçən ilin final qarşılaşmasında o, rusiyalı Daniil Medvedevə 6:3, 7:6 (7:5), 6:3 hesabı ilə qalib gəlib.

Shares: