“Red Bull” komandasının sürücüsü Maks Ferstappen hazırda yeni müqavilə haqqında düşünmədiyini etiraf edib. Onun Avstriya komandası ilə hazırkı müqaviləsi 2028-ci ildə başa çatır.
“Yeni müqavilə haqqında düşünmürəm. Əvvəlcə işlərin necə getdiyini görmək istəyirəm. Xüsusilə də yeni qaydaların tətbiqindən sonra necə olacağı maraqlıdır”, – deyə niderlandlı pilot qeyd edib.
Ferstappen hazırda ümumi sıralamada liderdir. Onun 277 xalı var. “McLaren”dən Lando Norrisin 199 xalı var. İlk üçlüyü “Ferrari”ni təmsil edən Şarl Lekler tamamlayır.