“Neftçi”dən ayrılma səbəbim meydanda az dəqiqə almağımdır”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Fərid Yusifli deyib.

O, başqa təklifləri olsa da, daha öncə “Turan Tovuz”da çıxış etdiyi üçün, ona doğma olan klubu seçdiyini bildirib: “Yeni mövsümdən etibarən isə ümumiyyətlə oynamırdım. Müqaviləmi uzadıb, icarəyə göndərməyi təklif etsələr də, istəmədim. Başqa təkliflərim də var idi. Lakin daha öncədən də “Turan Tovuz”da oynadığım üçün mənə doğma komandadır. Ona görə qərarım Qərb təmsilçisindən yana oldu”.

Qeyd edək ki, “Turan Tovuz” yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb. Yusifli ötən mövsümün ikinci hissəsini icarə əsasında Tovuz klubunda keçirib. O, əyalət komandasının heyətində Premyer Liqada 10 oyunda meydana çıxıb.

GÜNAY SÜLEYMANOVA

Shares: