Britaniyanın “McLaren” komandasından olan 23 yaşlı avstraliyalı pilot Oskar Piastrinin boliddəki oturacağının düzgün qurulmaması səbəbindən qabırğasının sındığı bildirib.

“Xəsarətə avtomobildəki təzyiq nöqtəsi səbəb olub. Düşünürəm ki, ilin əvvəlində kreslonun sifarişi zamanı başqa formada olmağın və müxtəlif trasların özəlliyinin buna təsiri var.

Barselona, Avstriya, Silverstoun yarışlarında, olduqca 3 çətin trasda, yüksək sürətli döngələr zədəyə səbəb olub. Amma indi hər şey qaydasındadır. Oturacağı dəyişmişik və bununla da problemlər aradan qalxdı.

Barselonada narahatlıq var idi, amma bunu daha çox Avstriyada hiss etdim”, – deyə “PlanetF1” portalına müsahibəsində Piastri məsələyə aydınlıq gətirib.

Shares: