Ukraynalı atlet, 2024-cü ilin olimpiya çempionu Yaroslava Maquçix “Brilyant Liqa” seriyasının 11-ci mərhələsində şüvüllə tullanma yarışlarında qalib gəlib.
Yarışlara İsveçrənin Lozanna şəhəri ev sahibliyi edir. Maquçix 1,99 m hündürlüyə tullanan yeganə idmançı olub. İkinci yeri avstraliyalı Eleanor Patterson tutub. 1,96 m nəticə ilə Nikola Olislagers (Avstraliya) üçüncü olub.
Qeyd edək ki, bu, Yaroslava Maquçixin 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarını qazandıqdan sonra ilk medalıdır.
22 yaşlı Maquçix hündürlüyə tullanma üzrə dünya rekordçusudur. Bu il o, 2,10 m hündürlüyü fəth edib. Yaroslava keçən il ilk dəfə dünya çempionu olub.