İkiqat olimpiya və dünya çempionu, norveçli atlet Yakob İngebriqtsen “Brilyant Liqa” seriyasının 11-ci mərhələsində 1500 m məsafəyə qaçışda inamlı qələbə qazanıb.
İngebriqtsenin nəticəsi 3:27,83 olub. Finişi ikinci Paris Olimpiadasında gözlənilmədən qələbə qazanan amerikalı Koul Hoker keçib. Onun nəticəsi 3:29.85 təşkil edib. İlk üçlüyü Parisdə beşinci olan digər amerikalı Hobbs Kessler (3:30.47) tamamlayıb.
Xatırladaq ki, 2024-cü il Olimpiadasında yarışın əsas favoriti olan İngebriqtsen bu növdə medalsız qalmışdı. O, yalnız dördüncü nəticə göstərə bilmişdi (3:28.24).