Hollandiyalı atlet və Tokio Olimpiadasının bürünc mükafatçısı Femke Bol 400 metr məsafəyə maneələrlə qaçışda şəxsi rekordunu yarım saniyədən çox yeniləyib. “Brilyant Liqa” seriyasının Lozanna mərhələsində Bol 52,25 nəticə göstərib.
Əlavə edək ki, Femke Bol Olimpiadanın ən arlaq qələbələrinin birinin iştirakçısı olub. O, 400 metr məsafəyə qarışıq estafet yarışında Niderland komandası ilə qızıl medal qazanıb.
İsveçrədə “Brilyant Liqa” seriyasının mərhələsi bazar günü yekunlaşacaq.