Füzulidə sərbəst güləş üzrə rayon birinciliyi keçirilib. Yarış şəhid mayor Elnur Əliyevin 48-ci ildönümünə həsr olunub.

Rayon birincliyi Qarabağ Regional Gənclər və İdman İdarəsinin Füzuli rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə baş tutub.

Açılış mərasimində çıxış edənlər yarışın əhəmiyyəti barədə danışaraq, belə turnirlərin şəhidlərimizin xatirəsinin yad olunmasında, həmçinin uşaq və yeniyetmə güləşçilərin yarış təcrübəsinin artırılmasında əhəmiyyətli rol oynadığını bildirib.

Yarışda 40 nəfər idmançı iştirak edib. Birincilikdə 10 çəki dərəcəsi üzrə ilk üç yeri tutan idmançılar diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar. Yarışın qalibləri həmçinin Azərbaycan çempionatına vəsiqə əldə ediblər.

BƏHRUZ MUSAYEV, FÜZULİ

Shares: