“Barselona”dan ayrılan İlkay Gündoğan yenidən İngiltərəyə qayıdıb.

Futbolinfo.az xəbər verir ki, Almaniya millisinin 33 yaşlı kapitanı sabiq klubu “Mançester Siti”yə qayıdıb.

Bu barədə klubun yaydığı açıqlamada bildirilib.

“Hamımızın gözlədiyi an. Yenidən xoş gəldin, İlkay” – deyə açıqlamada qeyd olunub.

Səudiyyə Ərəbistanı və Qətər klublarından gələn təklif rədd edən türkəsilli futbolçunun “Mançester Siti” ilə 1+1 illik müqavilə imzaladığı barədə məlumat yayılıb.

Gündoğan ötən mövsüm “Barselona”da 51 matçda iştirak edib, 5 qol vurub və 14 qolun ötürməsini edib.

O, yeni-köhnə klubu “Mançester Siti”də isə 304 oyunda meydana çıxıb, 60 qol vurub və 38 qol ötürməsinin müəllifi olub.

Shares: