Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli daha bir mötəbər yarışda iştirak edirlər.

Futbolinfo.az xəbər verir ki, idmançılarımız baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” turnirində mübarizə aparırlar.

2011-2012-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarışda qitənin ümumilikdə 224 stolüstü tennisçisi bacarığını göstərir. Bu gün startı verilən beynəlxalq turnirə avqustun 25-də yekun vurulacaq.

Shares: