“Qarabağ” növbəti transferini reallaşdırıb.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bir müddətdir İspaniyanın “Alkorkon” klubu ilə aparılan danışıqlar müsbət nəticələnib və hücumameylli yarımmüdafiəçi Emmanuel Addai heyətə cəlb edilib.
“Qarabağ”la 23 yaşlı qanalı futbolçu arasında 2 illik müqavilə imzalanıb. Addainin son komandası 2022-24-cü illərdə formasını geyindiyi İspaniya təmsilçisi “Alkorkon” olub.
O, bunadək Fransada “Bobiqni” klubunda (2021-2022) çıxış edib.